21 C
Gence
21 C
Gence

Gəncədə məktəblilər təmizlik aksiyası keçiriblər

Gəncədə şəhərin təmizliyini təmin etmək məqsədilə aksiya təşkil olunub. Bu haqda Gencexeber.az-a 13 may tarixində məlumat daxil olub.

Havanın çiskinli olmasına baxmayaraq, səhər saatlarından Gəncəçayın bulvar hissəsində, hər iki sahildə təmizlik işlərinə başlanılıb. 29 nömrəli məktəbin şagirdləri yerə atılan müxtəlif tullantıları yığaraq, müvafiq qutulara atıblar.

Aksiyanın məqsədi BMT-nin qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədlərini şagirdlər arasında yaymaq, prinsiplərini öyrətmək və həyatda tətbiqini izah etməkdir. Eyni zamanda gənclərin ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və təcrübələrini artırmaq və onlarda ekoloji mədəniyyəti formalaşdırmaqdır. 4-7-ci siniflərdə oxuyan uşaqların iştirakı ilə keçirilən sosial layihəyə 60-dan çox şagird qatılıb.

Proqramın baş müəllimi Könül İsgəndərli-Yusifzadə, tələbə Səfirləri isə Leyla Qəmbərova və Aminə Qulyevadır.

Ən Çox Oxunan