23 C
Gence
23 C
Gence

Gəncədə leysan yağış səbəbindən küçələri su basıb

Gəncədə 28 iyul tarixində yağan yağış bir sıra fəsadlar törədib.

Leysan yağışlar nəticəsində şəhərin bəzi küçələrini, həmçinin, mərkəzi küçələrini və fərdi evlərin həyətyanı sahələrini su basıb. Avtomobillərin hərəkəti çətinləşib. Şəhərin bəzi yerlərində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Daha öncə, 7 iyul tarixində Gəncənin Məhsəti qəsəbəsində yağıntılı hava şəraiti bir sıra çətinliklər yaratmışdır. Dörd ev yarıya qədər suyun altında qalıb. Evlərin birində 2 uşaq qalmışdır. Onlar evin pəncərəsindən çıxarılmışdır. Səbəb Göygöl rayonunda suvarma kanalının və ya borunun sıradan çıxması olub.

Ən Çox Oxunan