Gəncədə kanalizasiya quyusu daşıb. Bu haqda 7 sentyabr tarixində məlumat daxil olub.
Hadisə Xəlil bəy Xasməmmədov küçəsində qeydə alınıb.
Əldə etdiyimiz məlumata əsasən, quyudan çıxan çirkab sular Heydər Əliyev prospektinədək axır və xoşagəlməz qoxu yayır.
Sakinlərin sözlərinə görə, bu vəziyyət bir neçə dəfə təkrarlanıb.
Daha öncə, 3 sentyabr tarixində partlayan kanalizasiya xəttindən xəbər vermişdik.