Şəhərdə əhalinin sıx olduğu küçədə kanalizasiya xətləri salınır. Bu haqda 20 aprel tarixində Gəncəxəbər.az xəbər verir.
Təmir işləri İsrafil Məmmədov küçəsində aparılır. 40-dan çox ailənin yaşadığı küçədə boruların salınması üçün cığırlar qazılıb. Sonrakı mərhələdə qazılmış yerlərə borular salınıb.
Sakinlər tez bir zamanda əraziyə asfalt örtüyünün çəkilməsini səbrsizliklə gözləyirlər.