16.4 C
Gence
16.4 C
Gence

Gəncədə şəhid adını daşıyan küçə: asfalt örtüyü əvəzinə çınqıl daşları tökülüb

Gəncədə şəhid Hacı Rauf Əsgərovun adını daşıyan küçədə yolun asfalt örtüyü yoxdur. Bu haqda Gencexeber.az-ın izləyicisi 25 noyabr tarixində məlumat verib.

Sözügedən hal 3-ü mikrorayon, “Gülər” marketin arxasında müşahidə edilir. Bir müddət öncə aidiyyəti qurumun əməkdaşları küçədə qazıntı işləri aparmışdırlar. Lakin sonra şəhidin yaşadığı evin önündə asfalt örtüyü əvəzinə çınqıl daşları tökülüb.

Əldə etdiyimiz məlumata əsasən, həmçinin uşaqlar üçün nəzərdə tutulmuş meydança istifadə olunmaz haldadır.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan