24.7 C
Gence
24.7 C
Gence

Gəncədə davamlı olaraq məişət tullantıları yandırılır

Gəncənin Mahrasa bağı qəsəbəsində tullantılar yandırılır. Bu sakinlərin narazılığına səbəb olur. Bu haqda Gencexeber.az-a 24 noyabr tarixində məlumat daxil olub.

Sözügedən vəziyyət davamlı olaraq 13-cü binanın yanında müşahidə edilir. Sakinin sözlərinə görə, tüstü evlərinə dolur. Asılan paltarlardan kəskin qoxu gəlir.

Qeyd edək ki, məişət tullantıların arasında yanan plastik qablar ətrafa göz yaşardıcı qoxu yayır. Bu isə sakinlərin səhətinə mənfi təsir göstərir.

Ən Çox Oxunan