25.3 C
Gence
19.5 C
Ganja

Gəncədə 50 milyon manatlıq tenderin qalibi bəlli olub

Su və kanalizasiya sisteminin yenilənməsi ilə bağlı tenderə yekun vurulub. Bu haqda məlumatı avqustun 8-i Apa-ya istinadən veririk.

“Azərsu” ASC “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” işlərinin satın alınması ilə bağlı tenderin yekunlarını açıqlayıb.

Müsabiqənin qalibi “Maqro Construction MMC-nin Azərbaycan Respublikasındakı filialı və “AKM Yapı Taahhüt Sanayti ve Ticaret Şirketi” Birgə Müəssisəsi seçilib. Müqavilənin ümumi dəyəri 49,5 milyon manatdır.

Qeyd edək ki, şirkət 2025-ci ilin sonuna kimi Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenilənməsi ilə bağlı işləri başa çatdıracaq.