10.3 C
Gence
10.3 C
Gence

Gəncədə 13 binanın məhəlləsi abadlaşdırılır

Gəncədə məhəllələr abadlaşdırılır. Bu haqda məlumatı iyulun 27-si GancaPost.info-ya istinadən veririk.

Gəncədə çoxmənzilli yaşayış binalarının həyətlərində “Abad məhəllə”lərin yaradılmasına başlanılıb. Layihə çərçivəsində məhəllədaxili yollar asfaltlanacaq. Sakinlərin rahatlığı və istirahəti üçün ərazilərə yaşıllıq zolağı salınacaq və skamyalar qoyulacaq. Binaların qarşısında əyləncə və idman qurğuları da quraşdırılacaq.

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən verilən məlumata görə, layihə əsasən şəhərin su-kanalizasiya xətlərinin çəkilməsi işlərinin tam yekunlaşdığı ünvanları əhatə edir.

Ən Çox Oxunan