Gəncədə çayın məcrasına tullantılar atılır. Bu haqda Gencexeber.az-a 22 aprel tarixində məlumat daxil olub.
Gəncəçay MKTİB-nin əməkdaşları tərəfindən mütəmadi olaraq təmizlənsə də, çay yenidən çirkləndirilir. İzləyicilərimiz bildirirlər ki, bir sıra sakinlər evindəki və ya əllərindəki zibili çaya atırlar. Nəticədə xoşagəlməz mənzərə ortaya çıxır. Bu da şəhərimizə gələn qonaqlarda mənfi təəssüratlar yaradır.
İzləyicilərimiz sakinləri şəhərimizə qarşı daha diqqətli və səliqəli olmağa, küçələri, arxları, Gəncəçayı zibilləməməyə çağırırlar.