25.8 C
Gence
21.5 C
Ganja

Gəncəçayın yatağına sakinlər məişət tullantıları atırlar

Gəncədə çay yatağı sakinlər tərəfindən mütəmadi olaraq çirkləndirilir. Bu haqda Gencexeber.az-a 2 iyun tarixində məlumat daxil olub.

Bir çox sakinlər Gəncəçayın yatağına məişət tullantılarının atılmasından şikayət edirlər. Məsələni dəfələrlə işıqlandırırıq və MKTİB əməkdaşları tərəfindən ərazi təmizlənir. Lakin əhali çayın yatağına yenidən zibil tullayır.

Burada, əsasən, plastik butulkalar görmək mümkündür. MKTİB əməkdaşları sakinlərə tullantıları xüsusi konteynerlərə atmalarını dəfələrlə desələr də, buna əməl olunmur.

Yaranan mənzərə həm şəhər sakinləri, həm də qonaqlarda xoş olmayan təəssürat yaradır.