26.9 C
Gence
23.5 C
Ganja

Gəncəçayın məcrası boyu iməcilik baş tutub

Gəncədə daha bir ərazi təmizlənib. Bu haqda 10 iyun tarixində MKTİB-yə istinadən məlumat veririk.

MKTİB-nin texnikaları və Ərazi Xidmət Sahələrinin əməkdaşları Gəncəçayın məcrasının təmizlənməsi üçün cəlb olunublar. İşlər, əsasən, körpülərin altında və ətraf ərazilərdə aparılıb. Mövsümə uyğun olaraq, sel sularının gətirdiyi məişət tullantıları, ağac qırıntıları, kol-kos və alaq otları yığılaraq ərazidən daşınıb. Zibil qutularının ətrafında səliqə-sahman yaradılıb.

Bundan başqa, MKTİB Gəncəçayın ətrafında yaşayan və fəaliyyət göstərən sakinlərdən, iaşə obyektlərindən, restoran və kafe sahiblərindən şəhərimizin təmizliyinin qorunub saxlanılmasına dəstək nümayiş etdirərək, məişət tullantılarını çayın ərazisinə deyil, bunun üçün təyin olunmuş konteynerlərə və ya zibil qutularına atmalarını xahiş edib. Bildirilib ki, əks-halda bu kimi vətəndaşlar aşkar edilərək inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar.