25.4 C
Gence
18.5 C
Ganja

Gülüstan qəsəbəsində qazın təzyiqinin az olması sakinləri narahat edir

Gəncədə sakinlər qaz təchizatı ilə bağlı çətinlik yaşayırlar. Bu haqda Gencexeber.az-a 12 sentyabr tarixində məlumat daxil olub.

Sözügedən hal şəhərin Gülüstan qəsəbəsi, Akta-6 Təcrübə tarlası ərazisində müşahidə olunur. Sakinlərin sözlərinə görə, qazın təzyiqi çox azdır. Bu səbəbdən gündəlik işlərini görməkdə çətinlik çəkirlər. 

“Ötən ay qazı kəsib yenidən verdikdən sonra bu vəziyyətlə üz-üzə gəlmişik. Nə su qaynada bilirik, nə də yemək bişirə. Uşaqları çimdirmək mümkün deyil. Yağışlar başlayıb, evdə soyuq olur artıq. Bu ərazidə yaşayan hər kəs çətinlik çəkir. Məsələ ilə bağlı lazımi tədbirlərin görülməsini arzu edirik”, – deyə sakinlər qeyd ediblər.