Gəncədə bəzi sakinlər işıqsız qalıblar. Bu haqda 30 mart tarixində Report-a istinadən məlumat veririk.
Məlumat verdiyimiz kimi, gecə saatlarından güclü külək əsməyə başlayıb və bir sıra fəsadlar törədib. Bu səbəbdən şəhərin bəzi hissələrində elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Aidiyyəti qurumun əməkdaşları qəzalar baş vermiş ərazilərə cəlb olunaraq fəsadların aradan qaldırılması istiqamətində işlər görüblər.
Qeyd edək ki, güclü külək Gəncə ilə yanaşı, Samux, Tovuz, Goranboy və Şəmkir rayonlarında da fəsadsız ötüşməyib.