Gəncədə fontana çəkilmiş boru partlayıb. Bu haqda Gencexeber.az-a 13 mart tarixində məlumat daxil olub.
Söhbət şəhərin Cavadxan küçəsi, 1-ci döngə ünvanından gedir. Burada quraşdırılmış hovuzu su ilə təchiz edən boru partlayıb. Nəticədə adıçəkilən ərazidə günlərdir su axır.
Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti quruma müraicət olunub. Lakin kommunal qəza aradan qaldırılmayıb.