Gəncə şəhərinin ən böyük parklarından birində təmir-bərpa işləri aparılıb. Bu haqda Gencexeber.az 24 oktyabr tarixində Gəncə MKTİB-yə istinadən məlumat verir.
Fikrət Əmirov parkının lazımi dərəcədə işıqlandırılması üçün parkın elektrik sisteminin mərkəzi qovşağı dəyişdirilib, 200-dən artıq işıq dayağının dibləri yenidən betonlanaraq bərkidilib, 5 min metrə yaxın dayaqlar arası kabel xətti yenisi ilə əvəz edilib, rəngi solmuş dayaqların üzərinə yeni boya vurulub, köhnə lampalar dəyişdirilərək yeni qənaətcil LED lampaları ilə əvəzlənib.
İşlər MKTİB-nin Küçə işıqlanma şöbəsi tərəfindən görülüb.