Gəncənin ən böyük parklarının birində işıqlandırma sistemi bərpa edilib. Bu haqda 19 avqust tarixində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin mətbuat xidmətinə istinadən məlumat veririk.
İki gün öncə Fikrət Əmirov adına parkın axşam saatlarında işıqlandırılmaması barədə məlumat paylaşmışdıq. MKTİB tərəfindən məsələ araşdırılaraq müvafiq tədbirlər görülüb. Qurumun əməkdaşları park ərasizində işləməyən lampaları dəyişib, elektrik naqillərində yaranan qəzaları aradan qaldırıb, 1 şamlı dirəkləir 2 şamlılarla əvəz ediblər.
Qeyd olunub ki, “Yaşıl şəhər” layihəsi çərçivəsində tək Fikrət Əmirov parkının deyil, şəhərin müxtəlif ərazilərində yerləşən digər istirahət məkanlarının da yaxın vaxtlarda əsaslı şəkildə yenilənməsi, həmçinin gecə işıqlandırılmasının ən müasir şəkildə qurularaq sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.



