21.4 C
Gence
20.5 C
Ganja

Fikrət Əmirov küçəsində kanalizasiya daşıb

Gəncədə Fikrət Əmirov küçəsi bina 20 ünvanında yaşayan sakinlər kanalizasiya ilə bağlı çətinlik yaşayır. Bu haqda məlumatı iyunun 10-u Kəpəz.tv-yə istinadən veririk.

Yaz fəsli başlayandan kanalizasiya xətləri tez-tez tutularaq daşır və ətrafda xoşagəlməz mənzərə yaranır. Həmçinin, bu səbəbdan ətrafda həm pis qoxu yayılır, həm də axan sular binaya giriş-çıxışı çətinləşdirir.

Sakinlərin sözlərinə görə, bu vəziyyət 2 aya yaxındır ki davam edir. Antisanitariya vəziyyətindən 70-ə yaxın ailə əziyyət çəkir.

Məsələ ilə bağlı Gəncə Sukanal Törəmə Səhmdar Cəmiyyətindən bildirildi ki, mövcud vəziyyətdən xəbərdardırlar və ən qısa zamanda tikilinin kanalizasiya xətləri yeni şəbəkəyə qoşulacaq.