25.8 C
Gence
25.8 C
Gence

Elektrik dirəyinin aşma təhlükəsi var

Gəncədə daha bir elektrik dirəyi sakinləri narahat edir. Bu haqda Gencexeber.az-a 22 aprel tarixində məlumat daxil olub.

Söhbət şəhərin Puşkin küçəsindən gedir. Burada sakinləri elektrik enerjisi ilə təchiz edən dirək əyilib. Bu hal bir müddətdir davam edir. Ərazidə fərdi yaşayış evləri yerləşir. Sakinlərin sözlərinə görə, işıq dirəyinin aşma təhlükəsi var.

“Bu dirək yola doğru əyilib. Biz narahatıq ki, aşar hansısa maşının, ya da yolu keçən kiminsə üstünə”, – deyə burada yaşayan əhali bildirir.

Ən Çox Oxunan