Gəncədə daha bir küçədə yeni kanalizasiya və su sistemi çəkilir. Bu haqda Gencexeber.az-a 27 aprel tarixində məlumat daxil olub.
Sözügedən işlər Ruzigar Qasımov küçəsi, döngə 2-də aparılır. Onlarla ailənin yaşadığı küçədə boruların salınması üçün cığırlar qazılır. Əraziyə işlərin aparılması üçün texnika cəlb olunub. Burada “Maqro” şirkətinin əməkdaşları çalışırlar.
Sakinlər tez bir zamanda əraziyə asfalt örtüyünün çəkilməsini səbirsizliklə gözləyirlər.