Gəncədə küçələrin birində yeni kanalizasiya və su sistemi çəkilir. Bu haqda Gencexeber.az-a 10 may tarixində məlumat daxil olub.
Sözügedən işlər şəhərin Ozan küçəsində aparılır. Hazırda küçədə boruların salınması üçün cığırlar qazılır. Əraziyə işlərin aparılması üçün texnika cəlb olunub. İşlər “Maqro” şirkətinin əməkdaşları tərəfindən görülür.
Bildirilib ki, yeni sistemlər çəkildikdən sonra küçəyə asfalt örtüyü salınacaq. Beləliklə, sakinlərin həm su və kanalizasiya, həm də yol infrastrukturu problemləri aradan qalxacaq.