19.1 C
Gence
19.1 C
Gence

Daşmış süni gölün ətrafında təmizlik işləri aparılır

Gəncədə selin fəsadları aradan qaldırılır. Bu haqda Gencexeber.az-a 26 may tarixində məlumat daxil olub.

Bu gün sel sularının Heydər Əliyev adına Park-Kompleksdəki süni gölü daşırması barədə xəbər vermişdik. Əraziyə texnika və canlı qüvvə cəlb olunub. Burada təmizlik işləri görülür. Hazırda sel sularının gətirdiyi palçıq və qum göl ətrafından yığışdırılır.

Təhlükəsizliyin təmin olunması məqsədilə sözügedən əraziyə heç kim buraxılmır.

Ən Çox Oxunan