Gəncədə uzun müddət davam edən kommunal qəza aradan qaldırılıb. Bu haqda Gencexeber.az-a 6 yanvar tarixində məlumat daxil olub.
Bir gün öncə şəhərin Ruzigar Qasımov küçəsi, döngə 2 ünvanında yeraltı su xəttinin deşilməsi barədə məlumat vermişdik. Buradan qaynayıb çıxan su küçə boyunca axırdı.
Sözügedən hal sakinlərin narazılığına səbəb olurdu. Onlar içməli suyun israf olunmasından və yaranan gölməçələrdən narahat olduqlarını bildirirdilər. Bu gün Gəncə Sukanal TSC-nin əməkdaşları əraziyə gələrək borunu təmir ediblər.