10.3 C
Gence
10.3 C
Gence

Dünən işıqlandırdığımız kommunal problem həllini tapıb

Gəncədə küçələrdən birində yığışdırılmayan tullantılarla bağlı açıqlama verilib. Bu haqda 26 noyabr tarixində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə istinadən məlumat veririk.

Dünən Pərviz Səmədov küçəsindəki zibil qutularının bir neçə gün boyunca boşaldılmaması barədə məlumat paylaşmışdıq. Məsələ ilə bağlı MKTİB-nin mətbuat xidmətindən açıqlama verilib.

Bildirilib ki, su-kanalizasiya xətlərinin yenilənməsi layihəsi çərçivəsində aparılan işlərlə bağlı adıçəkilən küçənin bir hissəsinə giriş məhdudlaşdırılıb. Bu səbəbdən zibil qutularının gündəlik boşaldılmasını həyata keçirməli olan iri tutumlu texnikalar əraziyə daxil ola bilməyiblər. Dünən küçədəki məhdudiyyət aradan qaldırılandan sonra həmin konteynerlər boşaldılıb.

 

Ən Çox Oxunan