14.7 C
Gence
14.7 C
Gence

Dəmir yolu vağzalının ətrafında təmizlik işləri aparılıb

Gəncədə təmizlik işləri aparılıb. Bu haqda 29 sentyabr tarixində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin mətbuat xidmətinə istinadən məlumat veririk.

Təmizlik şöbəsi və Ərazi Xidmət Sahələri tərəfindən dəmir yolu vağzalının yaxınlığında yerləşən Azərbaycan küçəsi və 3 saylı orta məktəbin ətrafı təmizlənib. Ərazilərə MKTİB-nin texnikası və canlı qüvvəsi cəlb olunub. Əməkdaşlar buranı məişət tullantılarından, alaq otlarından və toz-torpaqdan təmizləyiblər.

Ən Çox Oxunan