Gəncədə təmizlik aksiyası keçirilib. Bu haqda 19 may tarixində MKTİB-yə istinadən məlumat veririk.
MKTİB əməkdaşları Azərbaycan Bayrağı küçəsində genişmiqyaslı təmizlik aksiyası həyata keçiriblər. Qurumun canlı qüvvə və texnikaları vasitəsilə adıçəkilən ərazi məişət tullantılarından, alaq otlarından və yol boyunca vətəndaşlar tərəfindən ora atılan təmir-tikinti qalıqlarından təmizlənib. Yığılan tullantılar ərazidən daşınıb. Aksiya Gəncə Alüminium Zavodunun və Comərd Qəssab türbəsinin, eləcə də “Dubay” bazarı adlanan ticarət mərkəzinin yaxınlığında həyata keçirilib.
Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi əhaliyə və sahibkarlıq subyektlərinə xəbərdarlıq edərək bildirir ki, təmir-tikinti qalıqlarını və torpaq kütləsini Comərd Qəssab türbəsinə gedən yolun sağ və sol hissəsinə atmasınlar. Əks-təqdirdə həmin şəxslər aşkar olunaraq, inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar.