25.8 C
Gence
21.5 C
Ganja

Cavadxan küçəsində natəmizlik müşahidə edilir

Gəncədə küçələrdən birində məişət tullantıları yığışdırılmır. Bu haqda Gencexeber.az-a 1 iyun tarixində məlumat daxil olub.

Sözügedən hal şəhərin Cavadxan küçəsində müşahidə olunur. Sakinlərin sözlərinə görə, burada yerləşən zibil qutuları artıq neçə gündür ki, dolmuş vəziyyətdədir.

“Bir neçə gündür ki, bu zibilləri yığışdıran yoxdur. Nəticədə gördüyünüz bu mənzərə yaşanır”, – deyə sakinlər bildirirlər.