İri yaşayış massivində asfaltın altından su qaynayır. Bu haqda məlumat sentyabrın 24-ü Gencexeber.az-a daxil olub.
Sözügedən hal şəhərin Cavad xan qəsəbəsi, Sadıx Rəhimov küçəsində baş verib. Yolun hərəkət hissəsində, asfaltın altında su borusu partlayıb. Bu səbəbdən küçə boyunca su axır və toza-torpağa qarışaraq palçıq yaradır. Hadisə bu gün saat 17:00 radələrində qeydə alınıb.
Xatırladaq ki, Şah İsmayıl Xətai prospektində oxşar hadisənin baş verməsi haqda məlumat vermişdik.