13.6 C
Gence
13.6 C
Gence

Cavad xan dəftərxanasının ərazisində əsaslı təmir işləri aparılır

Tarixi obyektin ərazisi təmir olunur. Bu haqda noyabrın 19-u Gəncə şəhər MKTİB-nin mətbuat xidmətinə istinadən məlumat veririk.

Cavad xan dəftərxanasının ərazisində əsaslı təmir işləri aparılır. Çalışmalara Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Təmir-tikinti və Qəza xidməti şöbəsinin əməkdaşları cəlb edilib.

Yaşıllıqlar alaq otlarından təmizlənir. Yer örtüyü isə yenidən tamet daşlarla döşənir və aqlay plitələr yenilənir.

Qeyd edək ki, Cavad xan dəftərxanası – XVIII əsrdə Cavad xanın göstərişi ilə tikilmiş tarixi binadır. 1968-ci ildən ölkə əhəmiyyətli tarixi abidə kimi qorunan bu tikili qədim qırmızı Gəncə kərpicləri ilə inşa edilmişdir.

Ən Çox Oxunan