9.7 C
Gence
5.5 C
Ganja

Bulvar ərazisində kanalizasiya quyusu daşıb

Gəncədə kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 18 noyabr tarixində məlumat daxil olub.

Hadisə şəhərin Azərbaycan bayrağı küçəsində qeydə alınıb. Çaykənarı bulvar ərazisində kanalizasiya quyusu daşıb. Nəticədə ətrafa çirkab axmağa başlayıb.

Sakinlər bu vəziyyətdən narahat olduqlarını və qəzanın aradan qaldırılmasını istədiklərini bildirirlər.

Ən Çox Oxunan