Gəncədə sakinlər yaşadıqları ərazidə tullantıların daşınmamasından narazıdırlar. Bu haqda Gencexeber.az-a 7 sentyabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin “Avtozavod” adlanan Cavadxan qəsəbəsindən gedir. Burada tullantılar üçün nəzərdə tutulmuş qutular qoyulmayıb. Sakinlər zibilləri evlərin arasındakı boş əraziyə atırlar. Nəticədə xoşagəlməz mənzərə, qoxu və antisanitar vəziyyət yaranır.
“Tullantıları atmaq üçün müəyyən yer yoxdur. Hamı da gətirir bura tullayır. İydən evdə oturmaq olmur. Yaxınlıqda zibil qutuları qoyulub, vaxtlı-vaxtında boşaldılsa, yaxşı olar”, – deyə sakinlər bildirir.
