Gəncədə sakinlər arxın çirkli olmasından narahatdırlar. Bu haqda 6 sentyabr tarixində ATV-yə istinadən məlumat veririk.
Söhbət şəhərin Burla Xatun küçəsindən gedir. Ərazidən Xan arxı axır. Burada yaşayan əhali bildirir ki, kanal yuxarıda məskunlaşmış sakinlər tərəfindən çirkləndirilir. Nəticədə sözügedən küçədə xoşagəlməz mənzərə və kəskin qoxu yaranır. Bu hal vətəndaşların narazılığına səbəb olur.
“Bizim küçədə arxa heç kim zibil atmır. Kanalın başlanğıcında yaşayanlar bütün tullantıları atırlar bura, su da gətirir bu əraziyə. Qoxudan nə çölə çıxa bilirik, nə də pəncərələri aça bilirik. Yağmurlu hava olanda kanal daşır, bütün tullantılar axır ətrafa. Arxın təmizlənməsini və digər sakinlərin təmizliyə riayət etməsini istəyirik”, – deyə vətəndaşlar bildiriblər.