Gəncədə küçələrdən birinə yeni kanalizasiya və su sistemləri çəkilir. Bu haqda Gencexeber.az-a 26 may tarixində məlumat daxil olub.
Sözügedən işlər Şəddadilər küçəsində görülür. Küçədə boruların salınması üçün cığırlar qazılır. Həmin ərazi hasara alınıb. Bura işlərin aparılması üçün texnika cəlb olunub. Ərazidə “Maqro” şirkətinin əməkdaşları çalışırlar.
Bildirilib ki, işlər bitdikdən sonra küçəyə asfalt örtüyü salınacaq.