14.7 C
Gence
14.7 C
Gence

Bu küçədə su təchizatı dayandırılıb

Gəncədə küçələrdən birinin sakinləri susuz qalıblar. Bu haqda Gencexeber.az-a 6 fevral tarixində məlumat daxil olub.

Sözügedən hal şəhərin Ruzigar Qasımov küçəsi, 2-ci döngədən gedir. Burada bir neçə gündür sakinlərin su ilə təminatı dayandırılıb. Vətəndaşlar məsələ ilə bağlı “Azərsu”ya müraciət ediblər. Buradan bildirilib ki, bəzi abunəçilərin borcu var. Bu səbəbdən bütün küçədə su təchizatı kəsilib.

Sakinlər yaranan haldan narazı olduqlarını bildirirlər. Borcu olmayan abunəçilər suyun verilməsini arzu edirlər.

Ən Çox Oxunan