Gəncədə sakinləri narahat edən problem illərdir həll olunmur. Bu haqda Gencexeber.az-a 21 aprel tarixində məlumat daxil olub.
Söhbət şəhərin 5-ci mikrorayonundan gedir. Burada uşaq bağçasına aparan küçədə illərdir kanalizasiya quyusu daşır. Nəticədə çirkab sular yola axır.
Küçədə asfalt örtüyü olmadığı üçün axan su gölməçələr yaradır. Sözügedən ərazidə antisanitar vəziyyət ortaya çıxıb. Sakinlər bundan narazıdırlar. Onlar bildirirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticə əldə edilməyib.