19.1 C
Gence
19.1 C
Gence

Bu gün işıqlandırdığımız tullantı problemi bir saat ərzində həll olundu

Bu gün Gencexeber.az-ın işıqlandırdığı daha bir problem həllini tapıb. Bu haqda Gəncə şəhər İcra Hakimiyyətindən məlumat daxil olub.

Redaksiyamıza 6 yanvar tarixində yandırılan məişət tullantıları haqda məlumat daxil olmuşdur. Bu problem Yeni Gəncə qəsəbəsinin Əlövsət Mehmandarov küçəsində müşahidə olunurdu.

Bina 37-nin 3-5 metrliyində tullantılar toplanaraq yandırılırdı. Oradan çıxan tüstü hündürmərtəbəli binaları əhatə edirdi. Məsələ yaxın bir saat ərzində öz həllini tapdı. Yandırılan qurumuş yarpaq və məişət tullantıları MKTİB-nin əməkdaşları tərəfindən söndürülərək, ərazidən daşınmışdır.

Ən Çox Oxunan