Gəncədə təmizlik aksiyası keçirilib. Bu haqda 8 noyabr tarixində MKTİB-yə istinadən məlumat veririk.
Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvə və texnikası şəhərin 5-ci mikrorayonunda yerləşən 7 saylı tam orta məktəbin və həmin ərazidə mövcud olan binaların ətrafında genişmiqyaslı təmizlik işləri aparıb. Aksiya zamanı həmin ərazilər toz-torpaq, xəzəl və məişət tullantılarından təmizlənib. Buradakı zibil qutularının ətrafına atılan təmir tullantıları və xəzəl MKTİB-nin texnikası və əməkdaşları tərəfindən yığılaraq ərazidən daşınıb.
Həmçinin şəhərin Niyazi Əhmədov və Elbrus Məmmədov küçələrinin kəsişməsində yerləşən Şəhidlər lövhəsinin ətrafında səliqə-sahman yaradılıb, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, təmizlik işlərinə MKTİB-nin 6 Ərazi Xidmət Sahəsinin əməkdaşları cəlb olunublar.