Gəncə şəhəri ərazisində qaz boruları yenilənir. Bu haqda Gencexeber.az-a 8 iyun tarixində məlumat daxil olub.
İşlər “Azəriqaz” İB-nin xüsusi briqadası tərəfindən görülür. N.Nərimanov, Həmid Araslı, M.F.Axundov və b. küçələrdə qaz sayğaclarına gedən xətlər yeni borularla əvəz edilir.