Gəncənin bir küçəsində evlərə su sayğacları quraşdırılır. Bu haqda Gencexeber.az-a 14 noyabr tarixində məlumat daxil olub.
Kommunal işlər Maqsud Əliyev küçəsində və Atatürk prospektində müşahidə olunur. Adıçəkilən ərazilərdəki evlərə yeni su sayğacları quraşdırılır. Qurğular yeni çəkilən su xətlərinə birləşdirilir.
Sözügedən işlər “Azərsu” ASC tərəfindən aparılır.