24.7 C
Gence
24.7 C
Gence

Bir neçə ərazi məişət tullantılarından təmizlənib

Şəhər ərazisində genişmiqyaslı təmizlik işləri aparılır. Bu haqda məlumatı sentyabrın 15-i MKTİB-nin mətbuat xidmətinə istinadən veririk.

Təmizlik işləri 5,12 və 13 saylı Ərazi Xidmət Sahələri tərəfindən şəhərin Atatürk prospekti, Xəmsə küçəsi və Sadıllı qəsəbəsində aparılıb. Ərazilər xüsusi texnika və canlı qüvvə vasitəsilə məişət tullantılarından, alaq otlarından, eləcə də toz-torpaqdan təmizlənib.

Qeyd edək ki, aparılan işlər mütəmadi olaraq şəhərin müxtəlif ərazilərində də təşkil olunur.

 

Ən Çox Oxunan