13 C
Gence
13 C
Gence

Bir neçə parkda təmizlik işləri görülüb

Gəncədə təmizlik aksiyası keçirilib. Bu haqda 7 mart tarixində MKTİB-yə istinadən məlumat veririk.

MKTİB-nin Ərazi Xidmət Sahələrinin əməkdaşları tərəfindən Qənbər Hüseynlinin abidəsinin yerləşdiyi ərazinin ətrafı abadlaşdırılıb. Bununla yanaşı, təmizlik işləri Sidqi Ruhulla küçəsində yerləşən parkda da həyata keçirilib. İstirahət guşəsi məişət tullantılarından, alaq otlarından, xəzəldən təmizlənib. Yığılan xəzəllər və digər tullantılar bir yerə toplanaraq ərazidən daşınıb.

Məişət tullantılarının atılması üçün nəzərdə tutulan müxtəlif tutumlu konteynerlər və zibil qutuları təmir edilib, bəziləri yenisi ilə əvəzlənib. Parkın işıqlandırılmasında təmirə ehtiyacı olan plafonlar yenilənib.

Ən Çox Oxunan