5.8 C
Gence
5.8 C
Gence

Bir neçə həftə davam edən çətinlik həll edilir

Binaların həyətində müşahidə edilən problemin həlli istiqamətində tədbirlər görülür. Bu haqda məlumat iyulun 16-sı Gencexeber.az-a daxil olub.

Dədə Qorqud və İsxax Cəfərov küçələrinin kəsişməsində yerləşən binaların həyətində abadlıq işləri aparılır. Aidiyyəti qurumun əməkdaşları ərazidə yeni bordürləri yerləşdiriblər.

Bir müddət öncə, həmin binalara yeni kanalizasiya xətləri çəkilmişdir. Sakinlərin narazılığı bundan ibarət idi ki, işlər bitdikdən sonra 3 həftəyə yaxın blokların qarşısında dərin xəndəklər qalmışdır.

Ən Çox Oxunan