24.7 C
Gence
24.7 C
Gence

Bir neçə gün öncə partlayan su borusu təmir edilməyib

Gəncədə kommunal qəza baş verib. Bu haqda məlumat sentyabrın 16-sı Gencexeber.az-a daxil olub.

Sözügedən hal Ağamirzə Əhmədov və İsrafil Məmmədov küçələrinin kəsişməsində qeydə alınıb. Orada bir neçə gün öncə su borusu partlayıb. Bundan başqa artezian sularının axınını tənzimləmək məqsədilə istifadə edilən quyunun ağzı açıqdır.

Küçə boyunca su axaraq torpağa qarışır və palçıq yaradır. Sakinlər aidiyyəti üzrə məlumat versələr də, bir neçə gündür vəziyyətdə dəyişiklik olmayıb.

 

Ən Çox Oxunan