Gəncədə qazılmış ərazidən su axır. Bu haqda Gencexeber.az-a 13 noyabr tarixində məlumat daxil olub.
Sözügedən hal şəhərin Eminbəyli küçəsində müşahidə edilir. Burada bir müddət öncə kommunal qəza səbəbindən ərazi qazılıb. Daha sonra üstü örtülməyib və kənarları hasara alınıb.
Sakinlərin sözlərinə görə, buradakı boru təmir edilməyib. Bu səbəbdən evlər su ilə təchiz olunan zaman küçə boyunca su axır. Onlar kommunal qəzanın aradan qaldırılmasını istəyirlər.