13 C
Gence
13 C
Gence

Beşmərtəbəli binanın zirzəmisinə içməli və kanalizasiya suları axır

Gəncədə bəzi binaların zirzəmilərinə su yığılır. Bu haqda 13 mart tarixində Xəzər Xəbərə istinadən məlumat veririk.

Bu hal şəhərin Şah İsmayıl Xətai prospektində müşahidə olunur. Sakinlərin sözlərinə görə, beşmərtəbəli binanın zirzəmisinə uzun müddətdir ki, su yığılır. Onlar bildirirlər ki, acınacaqlı vəziyyətin aradan qaldırılması üçün indiyədək müxtəlif addımlar atılsa da, bu yetərli olmayıb.

Su dəfələrlə maşınlar vasitəsilə çəkilib. Lakin problem əsaslı həll edilmədiyinə görə su yığılmağa və rütubət yaratmağa davam edir. Sakinlərin dediyinə görə, zirzəmiyə həm içməli, həm da kanalizasiya suları axır.

Məsələ ilə bağlı Gəncə Sukanal Törəmə Səhmdar Cəmiyyətinə müraciət olunub. Qurumun əməkdaşları dərhal əraziyə gəliblər. Onlar problemin səbəbini və hansı formada aradan qaldırılacağını bildiriblər.

Ən Çox Oxunan