14.7 C
Gence
14.7 C
Gence

Bağmanlar qəsəbəsində iri qaz xətti çəkilir

Sözügedəcək ərazinin qazlaşması işləri aparılır. Bu haqda məlumat noyabrın 21-i Gencexeber.az-a daxil olub.

Bağmanlar adlanan ərazidə yerləşən Mehrablı küçəsində yeni qaz xətti çəkilir. Bunun üçün aidiyyəti qurumun texnika və canlı qüvvəsi cəlb edilib. Hazırda iri mərkəzi xətt çəkilir. Daha sonra isə qaz kiçik küçələrə borular vasitəsilə paylanacaq.

Bildirilib ki, həmin ərazi əvvəllər də qazla təmin edilmişdir. Lakin Bağmanlarda son zamanlar əhali xeyli çoxalıb, intensiv tikinti işləri aparılıb və yeni qaz xətlərinə də tələbat yaranıb.

Ən Çox Oxunan