10.3 C
Gence
10.3 C
Gence

Bəzi lüklər təhlükə mənbəyinə çevrilib

Gəncədə bəzi kanalizasiya quyuları sakinlər üçün təhlükəli hal yaradır. Bu haqda Gencexeber.az-a 21 yanvar tarixində məlumat daxil olub.

Sözügedən hal şəhərin Xəqani və Qara Qarayev küçələrində müşahidə olunur. Xəqani küçəsində kanalizasiya quyusunun qapağı yoxdur. Bura avtomobillərin təkəri düşür və qaranlıqda quyu piyadalar üçün təhlükə mənbəyidir.

Bundan başqa, küçədəki arx sakinlər tərəfindən çirkləndirilir. Bura məişət tullantıları atılır.

Digər təhlükəli lük Qara Qarayev küçəsində yerləşir. Burada kanalizasiya quyusunun qapağı yarıaçıq vəziyyətdədir. Bu hal həm sürücü, həm də piyadalar üçün təhlükəlidir.

Ən Çox Oxunan