16.4 C
Gence
16.4 C
Gence

Bəzi binaların dam örtüyü və novdanları təmir edilib

Gəncədə qəzalı dam örtükləri təmir olunub. Bu haqda 19 may tarixində MKTİB-yə istinadən məlumat veririk.

Nizami Gəncəvi prospektində yerləşən 326 saylı və Dədə Qorqud küçəsi, 48 b saylı yaşayış binalarının sakinləri dam örtüyündə yaranan problemlə bağlı MKTİB-yə müraciət ediblər. Həmin ərazilərə Qurumun Təmir-tikinti və Qəza xidməti şöbəsinin əməkdaşları və texnikası cəlb olunub. Burada dam örtüyündə qəza halları və dam örtüyünün novdanlarında yaranan problem aradan qaldırılıb.

Bildirilib ki, hava şəraiti nəzərə alınaraq, anoloji təmir işləri şəhərin müxtəlif yaşayış massivlərində mövcud olan binalarda davam etdirilir.

Ən Çox Oxunan