25.6 C
Gence
19.5 C
Ganja

“Azərsu” ASC-nin sədr müavini vətəndaşları qəbul edib

“Azərsu” ASC-nin rəsmisi vətəndaşlarla görüş keçirib. Bu haqda məlumatı iyulun 15-i Qafqazinfo-ya istinadən veririk.

Adıçəkilən qurumun sədrinin birinci müavini Teyyub Cabbarov vətəndaşları qəbul edib. Görüş Şəmkirdə baş tutub. Gəncədən gələn 47 nəfərlə yanaşı qəbulda Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Müraciətlər əsasən içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub. Onların qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib.

Qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırmaya ehtiyacı olan müraciətlər nəzarətə götürülüb.