Gəncədə növbəti təmizlik aksiyası keçirilib. Bu haqda 13 noyabr tarixində MKTİB-yə istinadən məlumat veririk.
İməcilik Gəncəçayın məcrası boyu və əsasən, şəhərin körpülərinin ətraf ərazilərində təşkil olunub. Burada sel sularının gətirdiyi, bəzi obyekt sahiblərinin məsuliyyətsiz işçiləri tərəfindən atılan və çayın müxtəlif hissələrində yığılaraq qalan məişət tullantıları, ağac qırıntıları, kol-kos və alaq otları Ərazi Xidmət Sahələrinin əməkdaşları tərəfindən yığılaraq ərazidən daşınıb, mövcud zibil qutuları boşaldılıb, ətrafında səliqə-sahman yaradılıb.
Qurum sakinlərdən, xüsusilə də çay kənarındakı obyekt sahiblərindən məişət və digər tullantılarını çayın ərazisinə atmamalarını xahiş edir. Bunun üçün təyin olunmuş konteynerlər çay boyu yerləşdirilib.