Gəncədə binalardan birinə kanalizasiya xətti çəkilir. Bu haqda Gencexeber.az-a 19 sentyabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin Aida İmanquliyeva küçəsi, 97 ünvanından gedir. Əraziyə aidiyyəti şirkətin canlı qüvvəsi və texnikası cəlb olunub. Binanın qarşısında yolun bir hissəsi qazılıb.
Bildirilib ki, işlər tamamlandıqdan sonra burada yaşayan əhali yeni kanalizasiya sistemi ilə təchiz olunacaq.